Hindistanda havanı süni yağışla təmizləməyi planlaşdırırlar

Hindistanın paytaxtı havanın təmizlənməsi üçün süni üsullarla yaradılan yağış texnologiyasından istifadə ediləcək ilk şəhər ola bilər. Yağıntıya səbəb olan xüsusi maddələr təyyarələr vasitəsilə buludlara səpiləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə çirklənməyə nəzarət üzrə mərkəzi idarənin katibi Praşant Harhava bildirib. “Süni yağışlar havanın çirklənmə probleminin həlli ola bilər. Biz Hindistanın Meteoroloji Departamenti ilə bu imkanları nəzərdən keçiririk”, - o, “Economic Times” qəzetinə verdiyi müsahibədə belə deyib. Praşant Harhavanın sözlərinə görə, hökumət bu əməliyyatı noyabrın 10-dan sonra - əlverişli meteoroloji şəraitin yaranacağı vaxt həyata keçirməyi planlaşdırır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Hindistanda hər il milyona qədər insan zəhərli tüstü səbəbindən həyatını itirir, paytaxt Dehli isə ekoloji vəziyyətinə görə dünyanın ən çirkli şəhəri olaraq qalır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












