Hitlerin DNA analizi alimləri şoka saldı - Fürerin oğlu var

Almaniyanın "Knack" jurnalının jurnalisti Jan-Pol Malders Adolf Hitlerin DNA analizinin aparılmasını və qohumlarının tapılması üçün araşdırmalara başlayıb. Avtosfer.az ölkə.az-a stinadən xəbər verir ki, DNA analizi nəticəsində məlum olub ki, fürerin damarlarında yəhudi və qaradərili qanı da axıb. Tədqiqatın əsas məqsədi isə diktatorun kökünü araşdırmaqdan əlavə, Hitlerin fransız kəndli qadından oğlu olub-olmaması faktını dəqiqləşdirmək idi. Jurnalist Jan-Pol tarixçilərin köməyi ilə Hitlerin 39 qohumunu tapıb və onlardan DNA nümunələri götürüb. Beləliklə, jurnalist Hitlerin uzaq qohumu Norbertin ağız suyu nümunəsi götürüb. Sonra isə Adolfun Nyu-Yorkda yaşayan üç qohumunu da taparaq onlardan da tüpürcək nümunəsi götürüb. Malders DNA nümunəsi toplamaq üçün Hitlerin qardaşı qızı Aleksandr Stüart-Hyüstonun yerə atdığı salfeti də ələ keçirib. Analizlər zamanı məlum olub ki, Hitlerin fransız kəndli qadından oğlu birinci dünya müharibəsi zamanı dünyaya gəlib. Bundan başqa Y xromosomunun analizi sensasion nəticələrə səbəb olub. Alimlər "E1b1b" haploqrupu müəyyən ediblər. Bu qrup isə Almaniya və Qərbi Avropada müşahidə edilmir. Sözügdən haploqrup Afrikada meydana gəlib və əsasən yəhudilərdə üzə çıxır. Bundan başqa bu tip DNA daşıyıcıları Mərakeş, Əlcəzair və Tunis ərazilərində yaşayır.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










