Hitlerin nadir fotosu hərracda satıldı - FOTO

Alman dictator Adolf Hitlerin nadir fotolarından biri ABŞ-da hərrac vasitəsilə satılıb. Avtosfer.az ölkə.az-a istindən bildirir ki, Adolfun yəhudi bir ailənin qızı ilə çəkdirdiyi fotoya 11 min dollar ödəyən alıcı tapılıb. İlk baxışdan bir qız uşağını qucaqlayan Adolfun fotosu normal görünə bilər. Amma əslində 6 milyon yəhudinin ölümündə günahkar olan nasist liderinin yəhudi qızını qucaqlaması qəribədir. Foto 1933-cü ildə çəkilib və qızın adı Roza Bernil Nenaudur. Merilend ştatındakı "Alexander" tarixi hərrac evi fotoqraf Henri Hoffman tərəfindən lentə alınan fotonu 11 min dollar satıb. Hitler foto çəkildikdən sonra Roza ilə dostlaşıb. Amma 5 il sonra yanındakıların müdaxiləsi ilə uşaqla əlaqəsini kəsib. Hitler Roza ilə eyni gündə anadan olduqları üçün tanış olub. Roza ilə anası o dövrdə baş nazir olan Hitlerin ad gününü qeyd etmək üçün Adolfun Alp Dağlarındakı Berghof rayonundakı evinin qarşısına toplaşan kütlənin içində olub. Adolf eyni gündə anadan olduqlarını öyrəndikdən sonra Roza və anası Karolini evinə dəvət edib. Fotolar da o vaxt çəkilib. Roza 17 yaşı olanda, Münhendəki xəstəxanaların birində iflicdən dünyasını dəyişib.

Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












