Hökməli yollarındakı vəziyyət: Çuxurlar sürücülərin qəza törətməsinə səbəb olur - VİDEO - YENİLƏNİB

Yaranmış problemlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, problemlə bağlı qurumun məlumatı var. Havalar düzələndən sonra yolların təmiri ilə bağlı addımlar atılacaq.
***
11:00
Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, bəzi yollar hələ də acınacaqlı vəziyyətdədir.
Ötən həftə Zabrat şosesinin vəziyyəti ilə bağlı xəbər dərc etmişdik. Analoji hal Abşeron rayonu Hökməli qəsəbəsinin yollarında da müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu yoldan mütəmadi olaraq istifadə edən sürücülər və qəsəbə sakinləri yol boyu dərin çuxurların olmasından şikayətlənir və bu vəziyyətin xüsusilə yağışlı havalarda daha da pisləşdiyini bildirirlər.
Sürücülərin sözlərinə görə, yolda dərin dəliklər əmələ gəlib və yağış yağdığı zaman bu çuxurları görmək mümkün olmur. Gün ərzində bu yolu bir neçə dəfə qət edən sürücülər dəfələrlə həmin xəndəklərə düşdüklərini deyirlər. Bəzən isə çuxura düşmək istəməyən sürücü avtomobillə qəfl manevr etməyə məcbur olduğu üçün qəza şəraiti yaranır. Çökəyə düşən avtomobillər isə sürücülərə maddi zərər vurur.
Yerli sakinlər və sürücülər aidiyyəti qurumlardan problemin tezliklə həll olunmasını tələb edirlər.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA













