Hörmüz boğazı hamı üçün bağlı deyil

Hörmüz boğazının bağlı qalması Türkiyənin dövlət büdcəsinə ciddi zərbə vurur. Əgər neftin qiyməti 125 dollar olarsa büdcədən əlavə 25 milyard dollar ayrılmalıdır ki, bu da Türkiyə iqtisadiyyatına çox ciddi zərbə vuracaq. Avtosfer.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu bəyanatla çıxış edən Türkiyənin energetika naziri Alparslan Bayraktar nəzərə çatdırıb ki, böhranın davam etməsi yalnız Türkiyənin deyil, bütün Avropanın iqtisadi gələcəyini şübhə altına alır.
Körfəzdən açıq dənizə çıxmaq üçün yeganə yol olan Hörmüz boğazının bağlı qalması dünya iqtisadiyyatında böyük problemlərə səbəb olub.
Qərbin analitik mərkəzləri baş verənlərin təsadüfi xarakter daşımadığını qeyd edərək nəzərə çatdırırlar ki, bu vəziyyətdən qazanan şirkətlər var ki, onlar da müxtəlif Qərb dövlətlərinin siyasi elitalarına yaxınlığı ilə seçilir. Analitiklərin bu qərara gəlməsinə səbəb onun hamı üçün bağlı olmamasındadır.
Ötən gün Yaponiyanın “Idemitsu Kosan” neftayırma zavoduna məxsus olan və 2 milyon barel tutumu olan tanker heç bir maneə olmadan Səudiyyə Ərəbistanından neft dolduraraq boğazdan keçib. Tankerin keçməsinə həm İran, həm də ABŞ tərəfi icazə verib.
Hörmüz boğazının bağlanması nəticəsində Körfəz ölkələrinin (İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn) neft ixracı gündəlik 12,32 milyon bareldən 7,83 milyon barelə düşüb. Regional münaqişə nəticəsində Körfəz ölkələrinin neft gəlirlərində 15,27 milyard dollara qədər itki proqnozlaşdırılır. Boğazda qalan gəmilərdəki neft və mayeləşdirilmiş təbii qazın (LNG) dəyəri ən azı 10,7 milyard dollardır. İqtisadi dövriyyədən çıxan neft və qaz bazara çıxarılmadığı təqdirdə kəsir yaranır ki, bu da təbii olaraq qiymətlərin artımı ilə müşahidə edilir. Paradoksal vəziyyət isə ondan ibarətdir ki, boğazın bağlı qalmasından ən çox əziyyət çəkən elə münaqişə tərəfləridir.
İranda yaranan benzin qıtlığı artıq son həddə çatıb. Ölkədə cəmi 12 günlük benzin ehtiyatı qalır. Əlavə istehsal isə ABŞ zavodları bombaladığı üçün dayanıb. Eyni problemi ABŞ də yaşayır və istehlak mallarının qiymətlərin hər gün artması böyük narazılıq yaradıb. İş o yerə çatıb ki, Prezident Donald Trampa qarşı sui-qəsdə cəhd edilib. Bütün bunlara baxmayaraq tərəflər bir addım da olsun geriyə çəkilmir.
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










