Hörmüz boğazını minalardan təmizləməyə başlayırıq - Tramp

“İran donanması məhv edilib, hava qüvvələri sıradan çıxıb, hava hücumundan müdafiə sistemi demək olar ki, yoxdur, radar sistemləri sıradan çıxıb, raket və dron zavodlarının böyük hissəsi, eləcə də raket və dronların özü məhv edilib.Ən əsası isə, onların uzun illərdir hakimiyyətdə olan ‘liderləri’ artıq aramızda deyil – Allaha şükür!”
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki paylaşımında deyib. “Onlarda qalan yeganə şey, hansısa gəminin onların dəniz minalarından birinə toxunması təhlükəsidir. Qeyd edim ki, onların mina yerləşdirən 28 qayığının hamısı da artıq dənizin dibindədir.
Biz indi bütün dünya ölkələri – o cümlədən Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqaları üçün Hörmüz boğazını minalardan təmizləmə prosesinə başlayırıq. Təəccüblüdür ki, onlar bu işi özləri görmək üçün nə cəsarət, nə də iradə göstərirlər.
Maraqlıdır ki, müxtəlif ölkələrdən boş neft tankerləri ABŞ-a doğru istiqamət alır ki, burada neft yükləsinlər”, - Tramp vurğulayıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












