Hörmüzdə keçidin bərpa olunması şərtləri açıqlandı

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və quruma üzv ölkələrə ünvanladığı məktubda, ABŞ və Bəhreynin BMT TŞ-yə təqdim etdiyi qətnamə layihəsinə cavab olaraq bildirib ki, Hörmüz boğazında normal keçid müharibənin daimi dayandırılması, eləcə də İran əleyhinə qanunsuz blokada və sanksiyaların aradan qaldırılması şərti ilə bərpa olunacaq. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Əraqçi məktubunda ABŞ və Bəhreynin Hörmüz boğazı ilə bağlı birgə qətnamə layihəsini birtərəfli və natamam sənəd adlandırıb. O, bölgədə mövcud böhranın əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz addımları olduğunu vurğulayıb. Məktubda qeyd olunub ki, sözügedən layihə, təcavüz faktlarını, dəniz mühasirəsini və İran gəmilərinin saxlanılmasını nəzərə almadan ABŞ-ın hərəkətlərinə bəraət qazandırmağa və reallığı təhrif etməyi hədəfləyir. Əraqçi onu da qeyd edib ki, belə bir qətnamənin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflədəcək və ABŞ-ın birtərəfli addımlarının legitimləşdirilməsi üçün təhlükəli presedent yaradacaq. Onun sözlərinə görə, sabitliyə aparan yol vəziyyəti daha da mürəkkəbləşdirmək üçün TŞ-dən istifadə etməkdən yox ABŞ-ın beynəlxalq hüquqa riayət etməsindən keçir.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












