Hospitalda faciə: nişanlısını və polis zabitini güllələdi - VİDEO

ABŞ-ın Çikaqo şəhərindəki "Mercy Hospital"da atışma nəticəsində 4 nəfər həlak olub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, dünən günün ikinci yarısında Çikaqonun cənubundakı hospitalın avtomobil dayanacağında atəş açmağa başalyan kişi sonradan hospitalın binasına daxil olub, orada gülləbaranı davam etdirib. Şahid Hektor Avitiyanın dediyinə görə, əynində qara rəngli paltar olan kişi avtomobil dayanacağında qadını güllələyib. Daha sonra o, hadisə yerinə gələn polis zabitiinə atəş açıb. Polisdən verilən məlumata görə, 28 yaşlı polis zabiti Semuel Himenes hospitalın dayanacağında güllələnərək qətlə yetirilib. Hospitalın avtomobil dayanacağına gələn 32 yaşlı kişi burada sabiq nişanlısı, həkim Tamara O-Nili güllələyib. Qadın üç güllə yarası alandan sonra yerə yıxılıb. Qatilin ürəyi soyumayıb, o, daha üç dəfə sabiq nişanlısına atəş açıb. Daha sonra polis zabiti və daha bir qadın güllələnib. Hospitalda daha bir polis zabitinə atəş açan şəxs atışmada qətlə yetirilib.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar












