Hücum nəticəsində 43 polis həlak oldu

Əfqanıstanın qərbində “Taliban” hərəkatının gecə həmlələri nəticəsində azı 43 polis əməkdaşı həyatını itirib. Avtosfer.az xəbər verir ki, “Taliban” hərəkatının döyüşçüləri dünən gecə saatlarında Fərah əyalətinin eyni adlı administrativ mərkəzindəki polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Silahlılar polis məntəqəsinin binasını ələ keçirməyə, habelə silah və sursatı qənimət götürməyə müvəffəq olub.
Döyüşün baş verdiyi rayona ordu hissələri göndərilib və hazırda itirilmiş obyektlərin nəzarəti yenidən hökumət qüvvələrinin əlinə keçib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin, regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












