İcazəsiz ov etmək istəyən Qətər və Azərbaycan vətəndaşları cərimələnib - Biləsuvarda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə növbəti reydlər keçirilib. Nazirliyin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reydlər zamanı Biləsuvar rayonunun Platina, Saatlı rayonunun Muğan ərazilərində, Uludüz və Ağzıbir Ovçuluq təsərrüfatlarında icazəsiz ova cəhd edən Cəlilabad rayon sakinləri Səfər Əhədov, Çingiz Əliyev, Qətər vətəndaşı Mohammed Khalaf Kaabi, Şamaxı rayon sakini Şahin Məmmədov, Siyəzən rayon sakini Fərid Vəliyev və Sumqayıt şəhər sakini Emil Əliyev saxlanılıb. Onlardan 6 ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












