İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR

Azərbaycan zəngin tarixə və qədim mədəni irsə malik ölkələrdən biridir. Xüsusilə İçərişəhər kimi ərazilərdə yerləşən tarixi abidələr əsrlər boyu qorunub saxlanılaraq bu günə qədər gəlib çatıb. Bu abidələr təkcə memarlıq nümunəsi deyil, həm də xalqın keçmişini, mədəniyyətini və tarixini əks etdirən qiymətli irsdir. Buna görə də onların qorunması və gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət daşıyır.
İçərişəhər ərazisində yerləşən tarixi qala divarlarının bir hissəsində uçqun baş verməsi görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadisə Kiçik Qala küçəsində, 13-14 saylı bürclərin kəsişdiyi hissədə qeydə alınıb və bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Məlumata görə, ilkin qiymətləndirmələr zamanı aşınmanın əsas səbəbi kimi son günlər müşahidə olunan aramsız yağışlar, rütubət və təbii eroziya prosesləri göstərilir. Hadisə tarixi abidələrin qorunması və onların dayanıqlılığı ilə bağlı məsələləri yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı memar Elçin Əliyev Avtosfer.az-a açıqlamasında bildirib k, bu məsələ yağışla əlaqəli deyil:
.jpg)
“İş ondadır ki, bu, ümumiyyətlə insan fəaliyyəti nəticəsində yaranan problemdir. Bəzi fotolarda da görünür ki, divarın digər tərəfində restoranlar yerləşir. 2000-ci illərin əvvəlində həmin ərazidə qədim, köhnə tikililər var idi və insanlar orada yaşayırdı. Sonradan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bu zona təmizləndi və insanlar üçün bulvar salındı. Ərazi əvvəl açıq və gözəl idi, insanlar rahat şəkildə gəzə bilirdi. Lakin zaman keçdikcə orada restoranlar açılmağa başladı və hazırda insanların hərəkəti üçün demək olar ki, yer qalmayıb. Hətta insanlar bəzən avtomobil yolu ilə hərəkət etməyə məcbur olur. İnsanlar üçün cəmi 1–2 metr yer saxlanılıb. Nəticədə təbii ki, XI–XII əsrlərdə tikilmiş divar əvvəllər yağışa qarşı dayanıqlı olsa da, hazırkı vəziyyətdə bu artıq mümkün deyil. Bu, əsasən insanın nəzarətsiz və həddindən artıq müdaxiləsi ilə bağlıdır. Dağılan divarın digər tərəfi restoranlara bitişikdir. Orada nəzarətsizlik ola bilər. Bəlkə divara müxtəlif qurğular bərkidilir, şəkillər asılır və ya digər müdaxilələr edilir. Kim nə istəyir edir və nəticədə divar aşınır və zədələnir”.
Nurcan Babək
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO
Dubay aeroportları hər gün 600 milyon dollar itirir
Qızının dəfnində "TikTok"da canlı yayım açan atanın övladını "pay verməsi" ARAŞDIRILIR - RƏSMİ - VİDEO
Hörmüz Boğazını açılması İranın taktiki addımıdır – SİYASİ ŞƏRHÇİ










