İçərisində azərbaycanlıların da olduğu təyyarənin təkəri partlayıb - Moskvada

Rusiyanın "Aeroflot" şirkətinin bir qədər əvvəl Şeremetovo Beynəlxalq Hava Limanından həyata keçirməli olduğu 1788 saylı Moskva-Soçi reysi təxirə salınıb.
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, buna səbəb aviareysi yerinə yetirən "Airbus A321" markalı təyyarənin təkərinin partlamasıdır.
Belə ki, təyyarə havaya qalxmaq üçün uçuş zolağına yaxınlaşarkən titrəmə baş verib. Bundan sonra hava gəmisi saxlanılıb. Ona baxış keçirilərkən təkərin partladığı məlum olub. Ardınca sərnişinlər təyyarədən düşürülərək avtobuslarla gözləmə zalına çatdırılıb. Aviareysin təxminən 1 saatdan sonra, baş vermiş nasazlıq aradan qaldırıldıqdan sonra həyata keçiriləcəyi bildirilir.
İnsident nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, təyyarədə 2 azərbaycanlı da olub.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










