İçərisində iynə olan çiyələk aşkarlandı: Polis cinayətkarı tapana 100 min dollar verəcək - FOTO

Avstraliyada içərisində iynə olan çiyələklər aşkar edilib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, hadisə ölkənin Kvinslend ştatında qeydə alınıb. Supermarketlərdə içərisinə sancaq, iynə batırılmış 10 -a yaxın çiyələk aşkarlanıb və şikayət əsasında məhsullar vitrindən yığışdırılıb. Kvinslend ştat polisi meyvələrə tikiş iynələri və sancaqlar yeridən şəxsi tapana 100 min Avstraliya dolları (təxminən 71 min ABŞ dolları) mükafat elan edib. Yerli sakinlərin həyatlarını təhlükə altına qoyan insanın axtarışına kömək etmək üçün ştat meri Anastasiya Palaşuk da çağırışlar edib: "Bu yalnız ailələrin həyatını risk altında qoymur. Eyni zamanda Kvinslend şattının çiyələlk istehasalından əldə etdiyi 160 milyon dollar da itirilir. Bu bir təxribatdır". Çiyələk sənayesinə qarşı təxribat səbəbindən bir çox ölkələr, eləcə də Yeni Zelandiya Avstraliyadan çiyələk idxalını dayandırıb. İlkin versiyaya əsasən, buna mağaza daxilində narazı əməkdaşlardan biri şərait yarada bilər. Hal-hazırda bütün mərhələlərdə cinayət araşdırılır. Mağazalara paylanıılan meyvələr yoxlanışdan keçirilir. Rəsmilər vətəndaşlara gileymeyvələri yeməzdən əvvəl kəsməyi və ehtiyalı olmağı tövsiyə edirlər. Xatırladaq ki, ştat mağazalarından birində əqli qüsuru olduğu deyilən 62 yaşlı qadının bananın içərisinə tikiş iynəsi sancarkən saxlanıldığı da qeyd edilib.



Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












