İcra nümayəndəsinin məhkəməsində zərərçəkmiş ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə A.Osmanov özünü təqsirli bilməyib.
Daha sonra zərərçəkmiş qismində Əmir Bəkirov ifadə verib. O, təqsirləndirilən şəxsi 12 ildir tanıdığını, ona qarşı şikayəti olmadığını söyləyib: "Bağımız yerindədir. Bağ yerindədirsə, niyə zərərçəkən kimi tanınmalıyıq? Ağaqədirin sayəsində minlərlə adamın torpağını almışıq, bizə köməklik edib. Mən özümü zərərçəkən hesab etmirəm.
Biz o torpağın dəyərindən qat-qat artıq pul ödəmişik, orada bağ salmışıq".
Təqsirləndirilən A.Osmanov bildirib ki, 28 sot torpaq sahəsi Gülsüm Poladovaya məxsus olub. G.Poladova isə 2005-ci ildə rəhmətə gedib. Onun ölümündən sonra həmin torpaq sahəsi heç kimin adına sənədləşdirilməyib.
Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










