İctimai nəqliyyat işçilərindən xəbərdarlıq - İkigünlük tətil elan edirik

Almaniyada xidmət sektorunda çalışan işçilərin həmkarlar ittifaqı təşkilatı (Ver.di) fevralın 27-də və 28-də ictimai nəqliyyatın hərəkətini xəbərdarlıq tətili ilə dayandırmağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, ölkənin demək olar ki, bütün federal əyalətlərində nəqliyyatın hərəkatı dayandırılacaq, avtobuslar, tramvaylar və metro qatarları depolardan çıxmayacaq.
Tətil Berlini, Münxen də daxil olmaqla Bavariyada 13 şəhəri, habelə Hessen əyalətində bir neçə şəhəri, o cümlədən Frankfurt, Visbaden, Kassel və s. əhatə edəcək.
“Ver.di”nin bu qərarı ölkə üzrə təxminən 100 minə yaxın işçi üçün aparılan tarif danışıqları ilə bağlıdır. Təşkilat bu addımla ictimai nəqliyyatda davam edən tarif mübahisəsində təzyiqi artırmağa çalışır. Əsas tələblərə həftəlik iş saatlarının azaldılması, növbəli iş rejimində dəyişikliklər, gecə və həftəsonu işlərinə görə əlavələrin artırılması daxildir.
Fevralın 2-də ölkə miqyasında keçirilən ilk xəbərdarlıq tətili də ictimai nəqliyyatın hərəkətini 24 saat ərzində iflic etmişdi.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












