İctimai nəqliyyat pulsuz olacaq

Lüksemburq hökuməti gələn ildən ictimai nəqliyyatı – avtobusları, tramvayları, yerli qatarları pulsuz istifadə rejiminə keçirmək qərarına gəlib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, beləliklə, Lüksemburq ictimai nəqliyyatın pulsuz olduğu ilk ölkəyə çevrilir. Ərazisi Abşeron yarımadasından bir qədər böyük olan Lüksemburqun əhalisi 600 mindən çoxdur, paytaxt Lüksemburq şəhərində isə 110 minədək sakin yaşayır. Bundan əlavə, ölkəyə hər gün qonşu Fransa, Belçika, Almaniyadan 200 minədək işə gələn olur. Belə olan halda avtomobil yollarında tıxaclar yaranır. Bu yaxınlarda yenidən Baş nazir seçilən Ksavye Bettel yollarda tıxac məsələsini həll etmək, habelə ətraf mühitin qorunmasını öncül məsələyə çevirmək vədləri verib. Bununla bağlı 2019-cu ilin yayında 20 yaşınadək sərnişinlər üçün ictimai nəqliyyatda ödəmələri ləğv etmək qərarı verilib. Qatarların 1-2-ci sinif vaqonlarında ödəmələri ləğv edib-etməmək məsələsi isə hələlik açıq qalır.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












