İctimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur

Qazaxıstanın paytaxtı Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, sərnişinlər artıq ödənişi həm kobrendinq bank kartlarından, həm də telefondan SMS göndərməklə edə biləcəklər. Məlumatda bildirilir ki, yaxın günlərdə kobrendinq kartların istifadəsinə start veriləcək. Sərnişinlər üçün əlverişli olacaq kartda iki çip yerləşdiriləcək ki, bu da iki deyil, bir kartdan isitfadəyə imkan verəcək. Kobrendinq kartları əldə edən şəxslərin nəqliyyat kartına ehtiyacı qalmayacaq. Onlar ikilikartı nəzərdə tutulan banklardan əldə edə biləcəklər. Pilot layihə ölkənin Avrasiya Bankı ilə birgə həyata keçiriləcək. Gələcəkdə isə kartların digər banklarda da buraxılması nəzərdə tutulub. Bundan əlavə, Qazaxıstanda tezliklə ictimai nəqliyyatdan istifadə edən şəxslər kartın balansını telefondan SMS göndərməklə artıra biləcəklər. Beeline və Kcell/Active müştəriləri nəqliyyat kartının nömrəsini qısa SMS-lə göndərərək balansı artıra biləcəklər. Nəzərdə tutulan vəsait nömrənin balansından çıxarılacaq və kartın balansına yüklənəcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












