İdmançıların qəfil ölümlərinin səbəbləri - Vaxtında müayinə olunmalıdırlar

İdmançılar vaxtında müayinə olunmalıdırlar. Avtosfer.az xəbər verir ki, bunu medicina.az-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor, Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Tofiq Cahingirov bildirib. T.Cahingirov deyib ki, idmançıların bəzilərində ürək əzələsinin qalınlaşması - hippertrafiya, ürək ritminin pozulması halları olur: "Ona görə də belə xəstəliklər vaxtında aşkarlanmalıdır. Bizə müayinəyə gələn bu qrup xəstələrin əksəriyyətinlə ürək əzələsinin qalınlaşması və ürək ritminin pozulması halları aşkarlanır. Peşəkar idmançılarda bu hallar qəfləti ölüm hallarının baş verməsində mühüm rol oynayır. Ancaq ümumilikdə, gənclər idmanla, bədən tərbiyəsi ilə məşğul olmalı, yüngül hərəkətlər etməli və vaxtaşırı həkim nəzarətindən keçməlidirlər. Çünki elə gənc var ki, ritm pozulması var və ona uyğun fərdi məsləhətlər verilməlidir. Piyada gəzmək bu tövsiyələrdən ən önəmlisidir. Hər bir insan gün ərzində buna mütləq əməl etməlidir".
Professor onu da qeyd edib ki, həkim kimi praktikada zaman keçdikcə ağırlıqqaldırma idman növü ilə məşğul olan insanların ürəyində problemlərin özünü biruzə verdiyini görürlər: "Bu, xüsusən həmin insanların idmandan uzaqlaşdığı zaman ortaya çıxır. Ağırlıqqaldırma idman növündə ürək əzələsinə düşən yük daha çox olur, ürək əzələsi daha çox qalınlaşır. Lakin sonradan həmin insanlar idmandan uzaqlaşan zaman ürəyin əzələsində boşalmalar, ürək boşluğunda genişlənmələr yaranır. Bu qrup xəstələr artıq çəki alır və onları ürək çatışmazlığı daha çox narahat edir".
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










