İdmançının ölümünə səbəb olan ata və oğulun məhkəməsində mübahisə düşüb - Sumqayıtda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslərdən birinin vəkili İkram Abdullayevlə zərərçəkmiş tərəfin yaxın qohumları arasında mübahisə düşüb. Məhkəmə iştirakçıları zaldan çıxarılıb. Proses noyabrın 27-dək təxirə salınıb. Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində bir qrup gənc arasında kütləvi dava olub. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğul - Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub. Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










