İki bölgədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram narkotik vasitə olan heroin aşkar edilib. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı isə əlavə olaraq 100 qramdan artıq heroin, 4,221 qram tiryək, 20 qramdan çox “Metamfetamin”, həmçinin 1 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Ravin Əliyev 2,42 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 2,25 qram, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 473 qram marixuana aşkar edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Emin
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












