İki ərazidə hərəkət qismən məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində (“Xırdalan” və “VAZ” dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində səhər saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq. Bundan başqa Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək (Şamaxinka deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Emin
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












