İki mindən çox "Real" azarkeşi biletlərini geri qaytarıb

İspaniyanın "Real" klubunun 2200-dən çox azarkeşi futbol üzrə Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) ilə keçiriləcək matçın biletlərini geri qaytarmaq qərarına gəlib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb.
Bildirilir ki, qərarın qəbul edilməsinə, əsasən Kiyevdə keçiriləcək matçın biletlərinin baha olması, həmçinin bəzi logistika çətinlikləri səbəb olub.
Əvvəlcə 24 mindən çox klub abunəçisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problemin yaranması səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan 12 min 802 nəfəri bilet alıb.
ÇL-in mayın 26-da Kiyevin (Ukrayna) "Olimpiyski" stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












