İki nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayıb

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elçin Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 17-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2017-ci il mayın 25-i saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən Rüfət Paşayev də xəstəxanada ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Qəzaya düşən avtomobillərdən biri Hərbi Dəniz Qüvvələrinə məxsus olub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












