İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, məhkəmənin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. V.Rəsulovun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri ləğv olunub və məhkəmə zalında həbs edilib. Qeyd edək ki, hadisə Şamaxı rayonunun Pirsaat kəndi ərazisində baş verib. Həmin ərazidə "VAZ-21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və Lumu Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha sonra yaralılardan ikisi dünyasını dəyişib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan "Shacman" markalı yük avtomobilinin sürücüsü V.Rəsulovun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












