İki nəfərin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb

Xaçmazda iki nəfərin ölümünə səbəb olan qəza törətməkdə təqsirləndirilən Müşfiq Əlirzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, hadisə bu il iyulun 28-də Xaçmaz rayonunda baş verib. "BMW" və "Lada Kalina" markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza zamanı "Lada Kalina"nın sürücüsü, Qusar rayon sakini 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Qusarın Kuzunqışlaq kənd sakini Sərkərov Simran Rasim oğlu isə digər yaralılarla birlikdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Daha sonra “BMW”nin sürücüsü M.Əlirzayev hüquq-mühafiəz orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir










