İki qonşusunu öldürüb ömürlük cəza alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Şirvan Apellyasiya Məhkəməsində iki qonşusunu öldürməkdə təqsirləndirilən Firqət Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib. Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad rayon Polis şöbəsinə gətirilib. Qətlə səbəb T.Sadıqov və K.Yaqubovun F.Əliyevi söyməsi olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əliyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












