İki rayonumuzda eyni gündə eyni bədbəxt hadisə yaşandı

Qax rayonunun Qaratala kəndində bədbəxt hadisə baş verib. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, kənd sakini Yaqub Qəhramanovun nəvəsi Yaqub Qəhramanlı at vurması nəticəsində xəstəxanaya düşüb. Kənd sakini atı arabadan ayıran zaman nəvəsi arxa tərəfdə olub. Bu zaman at qəflətən təpik atıb. Ağır bədən xəsarəti alan 5 yaşlı uşağın vəziyyəti ağır olduğundan Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qalır. Atla bağlı daha bir olay Bərdənin Lənbəran kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 2002-ci il təvəllüdlü məcburi köçkün Aslanov Ayxan Qorxmaz oğlunu at dişləyib. Ailəsi ilə birgə müvəqqəti Lənbərənda məskunlaşan 16 yaşlı yeniyetmə sağ qolunun çiyin nahiyəsindən ağır xəsarət alıb, yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Hal-hazırda həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












