İki sakini milli lotereyada 12 milyon dollar udub

Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu haqda oyunu keçirən OLG şirkətinin nümayəndələri bildiriblər.
Qeyd edilir ki, uduşa düşən nömrələr - 11, 12, 22, 36, 46 və 47 olub. Bonus sayı 7 olub. Hal-hazırda iki qalibin olduğu məlumdur. Onlar əsas mükafatı öz aralarında böləcəklər. Bu uduşlu biletlərdən biri Ontario əyalətlərində, ikinci bilet isə ölkənin mərkəzi regionlarından birində satılıb.
Lotereyada həmçinin 1 milyon Kanada dolları (750 min ABŞ dolları) məbləğində də "təsəlliverici mükafat" oynanılıb. Onu Ontarionun əyalətinin sakini udub.
Milli lotereyaların qaydalarına əsasən, mükafatın alınması üçün uduşlu qəbzi təşkilatçılara təqdim etmək lazımdır. Qalibin adı ictimaiyyətdən gizli saxlanılır.
Ötən ay Kanadada yerli sakin lotereyada milli valyuta ilə 9,6 milyon dollar (7,3 milyon ABŞ dolları) udub.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












