“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA

Gələn ildən Azərbaycanda “ikinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.
Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) ticarət əlavəsindən hesablanması təklif olunur.
Avtosfer.az xəbər verir ki, ekspert Natiq Cəfərli sözügedən dəyişikliyi Ölkə.az-a şərh edib.
O deyib ki, bu dəyişiklik “ikinci əl” avtomobil bazarını canlandıra bilər:
“Dillerlər sözügedən avtomobilləri nağdsız alıb-satarkən, ƏDV-ni əvvəlki kimi bütün məbləğdən deyil, ancaq marjandan, yəni, alış-satış arasında olan fərqdən ödəyəcəklər.
“Əla təklifdir, əvvəlki qayda tam məntiqsiz idi, indi isə siz avtomobili 20 minə alıb, 22 minə satsanız, yanlız o 2 minin 18%-ni ƏDV kimi ödəyəcəksiniz”, - ekspert bildirib.
N. Cəfərli nəzərdə tutulan dəyişikliyin yalnız istehsal tarixi 5 ildən artıq olmayan avtomobillərə deyil, bütün “ikinci əl” avtomobillərə şamil edilməsini təklif edib.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli isə hesab edir ki, bu “ikinci əl” avtomobillərin satışında ƏDV-nin yalnız dillerin ticarət əlavəsindən hesablanması müsbət addımdır:
“Bu dəyişiklik rəsmi dillerin vergi yükünü bir qədər azaldacaq. Həmçinin, onların “ikinci əl” avtomobil bazarında iştirakını stimullaşdıracaq. Vətəndaşlar üçün də burada üstünlüklər gözlənilir. Avtomobilləri rəsmi dillerə satmaq və texniki vəziyyəti yoxlanılmış, zəmanətli avtomobil almaq imkanları da genişlənəcək”.
Ekspertin sözlərinə görə, ancaq vergi yükünün azalması o demək deyil ki, avtomatik olaraq qiymətlər enəcək: “Burada əsas məsələ bu güzəştin istehlakçıya və həmçinin dillerə fayda verməsidir. Gələcəkdə mexanizmin 5 ildən köhnə avtomobillərə də şamil olunması məqsədəuyğun ola bilər”.
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO












