İlham Əliyev qələbə sevincini xalqla paylaşdı - VİDEO

Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə möhtəşəm konsert keçirilib. Tədbirdə Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə iştirak edib. Avtosfer.az xəbər verir ki, İlham Əliyev nitq söyləyib. “Əziz dostlar, hamınızı ürəkdən salamlayıram. Sizə və bütün Azərbaycan xalqına mənə yenidən göstərilən böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi çox vacib rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi.
Sözün əsl mənasında müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır.Azərbaycan dünya miqyasında çox böyük bir hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunub.
Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunub. Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffav, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib. Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, mənə daha böyük güc verir. Seçkilərdə xalqımız həm görülən işlərə, həm real nəticələrə, həm də bizim gələcəyimizə səs verib. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək.
Bu gün dünya miqyasında Azərbaycan sabitlik adası kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmayıb. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət, daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Bizi bu yoldan heç bir kənar qüvvə döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkə, böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Üzümü Azərbaycan gənclərinə tutub deyirəm: “Ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün yetişən gənclik gələcəkdə Azərbaycanı idarə edəcək””, -deyə İlham Əliyev söyləyib..
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










