İlham Əliyev qəza ilə bağlı tapşırıq verdi - “Günahı olanlar cəzalandırılmalıdır”

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Avtosfer.az-ın məlumatına görə, müşavirədə çıxış edən prezident İlham Əliyev bildirib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşanıb: “Lakin qısa vaxtda enerji təchizatı bərpa olunub”.
Qəzanın səbəblərinin araşdırılması ilə əlaqədar onun sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını deyən İlham Əliyev artıq komissiyanın işə başladığını vurğulayıb. Qəza baş verən vaxtda dövlət orqanlarının vətəndaşlara kömək etməklə bağlı tapşırıqların öhdəsindən peşəkarlıqla gəldiklərini deyən ölkə başçısı vətəndaşlara göstərdikləri həmrəyliyə, dəstəyə və anlayışa görə təşəkkür edib. Son 15 ildə ölkəmizin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini deyən dövlət başçısı bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, qəza nəticəsində sistemin sıradan çıxması ciddi faktdır, bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir.
Ölkə başçısı bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib. Prezident yaranmış vəziyyətdə göstərdikləri köməyə görə Rusiya və Gürcüstana təşəkkür edib.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












