İlk yük lokomotivinin gətiriləcəyi tarixi açıqlandı

Bu il dekabrın ikinci yarısında Fransanın “Alstom” şirkəti ilə müqavilə üzrə nəzərdə tutulmuş ilk yük lokomotivi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün Azərbaycana gətiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə “Alstom”dan bildiriblər. Məlumatda qeyd olunur ki, Qazaxıstanda sınaq mərhələsindən sonra “AZ8A Prima T8” lokomitivi Azərbaycana gətiriləcək. Şirkətdən bildiriblər ki, “Alstom” “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə 2019-cu ilin yanvarında Azərbaycanda sınaqlara başlamağı planlaşdırır: “2019-cu ilin fevralında ilk “AZ8A” lokomotivi test rejimində Gəncə və Böyük Kəsik stansiyaları arasında buraxılacaq”. Qeyd edək ki, 2014-cü ildə imzalanmış müqaviləyə əsasən Azərbaycana 50 yük, 10 sərnişin lokomotivi tədarük olunacaq. Daha əvvəl “Alstom” “Prima T8 AZ8A” ilk yük elektrovozunu ADY-yə təqdim etmişdi.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












