İllərdir istifadə etdikləri qarajları əllərindən alındı - VİDEO

75 ailənin yaşadığı binanın zirzəmisinin qanunsuz olaraq zəbt olunduğu iddia edilir. Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtın Murtuza Nağıyev küçəsində yerləşən çoxmərtəbəli binadandır. Burada yaşayan sakinlər deyir ki, 2 ildir ki, binanın zirzəmisi tanımadıqları şəxslər tərəfindən özəlləşdirilib. Sakinlər illərdir yaşadıqları binada indi maşınlarını saxlamağa yer tapmadıqlarını deyirlər. Məlum oldu ki, sözügedən bina "Atlant-İnşaat" MMC-nin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən MMC-yə müvafiq qaydada istismara icazə sənədi verilib. Bu sənədləşmənin əsasında 2016-cı il tarixində binanın bütün yaşayış, qeyri-yaşayış və qaraj sahələrinə "Atlant-İnşaat" MMC tərəfindən mülkiyyət əsaslı çıxarış alınıb. Daha sonra binanın bütün yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən qarajlar notarial qaydada müxtəlif fiziki şəxslərə satılıb. O da bildirildi ki, hal-hazırda «Atlant-İnşaat» MMC-nin sözügedən binada hər hansı mülkiyyət hüququ yoxdur. 2023-cü ildən binanın idarə edilməsi bina sakinləri tərəfindən həyata keçirilməkdədir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












