İmişlidə qanunsuz ov edən brakonyerlər cərimələniblər - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar ölkənin sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədi ilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının İmişli rayonu ərazisində keçirdikləri reydlər nəticəsində 3 ədəd ov tüfəngi, 38 ədəd patron və 2 ədəd “Qırmızı kitab”a düşmüş “Turac” quşu götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. İdarə əməkdaşları dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görüb. Polis əməkdaşları sahilkənarı kafe və restoran sahibləri ilə ətraf mühitin qorunması, təmizliyə riayət olunması mövzusunda mütəmadi olaraq profilaktiki söhbətlər aparırlar.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı

















