İndoneziya “Boeing”dən izahat tələb edir: təzə layner niyə qəzaya uğrayıb?

İndoneziya hökuməti Amerikanın təyyarə istehsalçısından təzə “Boeing 737 MAX 8” laynerinin qəzaya uğramasının səbəbi barədə ətraflı izahat tələb edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bunu İndoneziyanın Nəqliyyatda Təhlükəsizlik Komitəsinin rəhbəri Soercanto Tacahono deyib. “Bu tamamilə yeni layner növüdür və istehsalçı bizə onun qəzaya uğrama səbəbini izah etməlidir”, - deyə Soercanto Tacahono bildirib. O, həmçinin təhqiqatda iştirak etmək üçün Cakartaya gələn “Boeing” korporasiyasının və ABŞ-ın nəqliyyatda təhlükəsizliyin təminatı üzrə Milli Şurasının nümayəndələri ilə görüşəcəyini deyib. Bir qədər əvvəl, İndoneziyanın nəqliyyat naziri Budi Karia Sumadi yerli aviakompaniyaların parklarında olan bütün “Boeing” təyyarələrinin yoxlanması nəticəsində heç bir texniki nasazlığın aşkarlanmadığını bildirib. Xatırladaq ki, cəmi iki ay öncə istehsal olunan və Yava dənizi üzərində qəzaya uğrayan təyyarənin əvvəlki uçuşu zamanı sürət və naviqasiya cihazlarında ciddi nasazlıqlar aşkarlanmışdı. Lion Air aviaşirkəti təsdiqləyir ki, bütün nasazlıqlar aradan qaldırılmışdı.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












