İndoneziyada baş vermiş təyyarə qəzasının ilkin səbəbləri açıqlanıb

İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus, Qərbi Yava yaxınlığında dənizə düşmüş sərnişin təyyarəsinin “qara qutu”sunun məlumatına görə, pilotlar ilk dəqiqədən sensorlardan səhv məlumatlar alan təyyarənin idarəetməsini bərpa edə bilməyiblər.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Seattle Times” nəşri mütəxəssislərin ilkin hesabatına istinadla məlumat yayıb. Nəşrin məlumatında bildirilir ki, göyərtədəki “qara qutu” insanla maşın arasında gərgin mübarizəni qeydə alıb. Pilotlar 20 dəfədən artıq burnu aşağı əyilən təyyarəni düzəltməyə çalışıblar. Qəzet yazır: “Pilotlar hər dəfə təyyarənin burnunu düzəltməyi bacarsalar da, son anda təyyarəyə nəzarəti itiriblər və o, okeana düşüb”. İndoneziya Nəqliyyatda Təhlükəsizlik Milli Komitəsinin hava hadisələri bölməsinin müdiri, kapitan Nurcahiyo Utomo isə bildirib ki, pilotlar uçuşun sonunadək mübarizə aparıblar. Aviaqəzanı təhqiq edən indoneziyalı mütəxəssislərin bu gün qəzanın səbəbləri ilə əlaqədar tam hesabatı dərc edəcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 29-da Cakartadan səmaya qalxan “Boeing 737 Max” sərnişin təyyarəsi 13 dəqiqədən sonra okeana düşüb. Təyyarənin parçaları 30-40 metr dərinlikdə geniş əraziyə dağılıb. Qəzanın səbəbləri hələ ki, tam məlum deyil. Təyyarənin göyərtəsində sərnişinlər və heyət üzvləri daxil olmaqla 189 nəfər olub. Qəzadan sonra “Boeing” şirkəti rabitə operatorları üçün təyyarənin uçuş bucağı ötürücüsündə nasazlıq olması barədə xəbərdarlıq yayıb. İndoneziyalı təhqiqatçıların rəyinə görə, qəzaya uğrayan təyyarənin “qara qutu”su sürət və hündürlük barədə məlumatların dəqiq olmadığını təsdiq edib.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










