İndoneziyada bütün “Boeing 737” təyyarələri yoxlanılacaq

İndoneziyanın hakimiyyət orqanları yerli aviakompaniyalara parklarında olan "Boeing 737-MAX” təyyarələrini yoxlamaları barədə göstəriş verib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Budi Karia Sumadi deyib. "Biz oktyabrın 29-da yoxlamalar aparmaları üçün "Lion Air” və "Garuda” kompaniyalarına məktub göndərmişik. Yoxlamaların nəticələri təhqiqata yadım məqsədilə Milli Nəqliyyatda Təhlükəsizlik Komitəsinə göndəriləcək”, - deyə nazir bildirib. Nəşrin məlumatına əsasən, hazırda "Lion Air” aviakompaniyasında 8, "Garuda” aviaşirkətində isə 1 belə təyyarə var. Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan "Lion Air” aviakompaniyasına məxsus "Boeing 737 MAX” təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra, yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub. Cəmi iki ay öncə istehsal olunmasına baxmayaraq, qəzaya uğrayan təyyarədə bundan əvvəlki uçuş zamanı nasazlıq aşkarlanmışdı. "Lion Air” aviakompaniyası 10 ədəd "Boeing 737 Max” təyyarəsinin alınması barədə danışıqları qəzanın səbəblərini araşdıran təhqiqatçıların yekun məruzəsinə qədər dondurduğunu elan edib.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










