İndoneziyada ölü sayı 1900 nəfəri keçdi

İndoneziyada silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 1944 nəfərə çatıb, 683 nəfər isə itkin sayılır. Avtosfer.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi xəbər yayıb. Bildirilir ki, hazırda 2549 nəfər xəstəxanalardadır, 152 nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur. Agentliyin nümayəndəsi Sutopo Nuqrohonun bildirdiyinə görə, Mərkəzi Sulavesi əyalətində axtarış-xilasetmə əməliyyatlarının oktyabrın 11-də başa çatdırılması nəzərdə tutulur. Lakin əməliyyatların daha üç gün davam etdiriləcəyi də mümkündür. Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,4 bal gücündə baş verən zəlzələdən sonra 360 afterşok qeydə alınıb. Silsilə zəlzələlər və sunami nəticəsində 62 min indoneziyalı öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda onların 147 təxliyə mərkəzində müvəqqəti olaraq yerləşdirildiyi bildirilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












