İndoneziyada qəzaya uğramış sərnişin təyyarəsinin füzelyajı tapılıb

İndoneziya silahlı qüvvələrinin rəhbəri Hadi Tyacanto bəyan edib ki, Yava adasının qərbində qəzaya uğramış sərnişin təyyarəsinin füzelyajı tapılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın “The Mercury” nəşri məlumat yayıb. H.Tyancantonun bildirdiyinə görə, təyyarənin parçaları Yava dənizində axtarış-xilasetmə əməliyyatı zamanı aşkar edilib. Xatırladaq ki, oktyabrın 29-da “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 Max” sərnişin təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 189 nəfərin hamısı həlak olub. Bu, ötən ilin mayından başlayaraq sifarişçilərə təhvil verilən dördüncü nəsil “Boeing 737 Max” sərnişin təyyarəsinin ilk qəzasıdır. Təyyarəni təcrübəli pilotlar idarə edirmiş. Təyyarənin parçalarını və sərnişinlərin qalıqlarını aşkar edən axtarış komandası fəaliyyət rayonunu genişləndiriblər. Bu gün füzelyajın aşkar edildiyi yerə yenə mütəxəssislər göndəriləcək. Dalğıclar isə cəsədlərin qalıqlarını taparaq, onları tanınmaq üçün ekspertizaya göndərəcəklər.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA












