İndoneziyada təyyarənin qəzaya uğradığı yerdən 10 nəfərin meyiti tapılıb – VİDEO

Xilasedicilər İndoneziyanın Yava adasının qərb sahilində "Boeing" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpənin meyitini aşkar ediblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Sayuqi bildirib. "Dalğıclar ölən 10 nəfərin meyitini tapıblar, onların arasında bir körpə var. Bundan əlavə, göyərtədə olanların bədənlərinin hissələri ilə dolu daha 14 kisə sahilə gətirilib", - deyə "The Straits Times" nəşri məmurun sözlərini sitat gətirib. Polis yaxın saatlarda ölənlərin qohumlarından götürülmüş DNK nümunələri əsasında qalıqların kimə məxsus olduğunu müəyyən edəcək.
***21:57
İndoneziyanın Yava adası sahillərində dənizə düşmüş "Boeing 737" tipli sərnişin təyyarəsində sağ qalan aşkar olunmayıb. Bu barədə bazar ertəsi İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Bambanq Surio Aciyə istinadən "The Straits Times" qəzeti məlumat yayıb. Onun bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin bədənlərinin hissələri aşkar edilib, lakin "sağ qalan yoxdur". O əlavə edib ki, axtarış sahəsi 150 kvadrat dəniz milinədək və 30-40 km dərinliyə qədər genişləndirilib. Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












