İndoneziyada zəlzələ qurbanlarının sayı 2 min nəfəri ötüb

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2010 nəfərə çatıb, təxminən 5 min nəfər itkin düşmüş sayılır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, İndoneziyanın xilasetmə xidməti oktyabrın 11-də həlak olanların axtarışını dayandıracaq. Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ və sonrakı günlərdə 360-dan çox yeraltı təkan baş verib. Zəlzələnin ardından İndoneziya sahilləri 5-7 metr hündürlüyündə sunaminin təsirinə məruz qalıb. Təbii fəlakətdən zərər çəkən bölgələrdə 67 min ev dağılıb, 83 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı 6-7 min zəlzələ qeydə alırlar.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












