İndoneziyada zəlzələdən sonra 1200 məhbus həbsxanalardan qaçıb - VİDEO

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələdən sonra əyalətdəki üç həbsxanadan azı 1200 məhbus qaçıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, məhbuslar yeraltı təkanlar nəticəsində həyatlarının risk altında olacağından qorxaraq həbsxanalardan qaçıblar. Qeyd olunur ki, məhbuslar Palu şəhərindəki və Dunqala regentliyindəki dolu həbsxanaları tərk ediblər. Məlumata görə, 343 nəfərin qaçdığı Dunqaladakı həbsxanada zəlzələ zamanı yanğın başlayıb. Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 maqnituda gücündə zəlzələ baş verib, təxminən son iki sutkada isə 170 təkrar təkan qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1200-dən çox insan ölüb, yüzlərlə adam ağır yaralanıb. Bundan əlavə, azı 16 min yerli sakin evini tərk etmək məcburiyyətində qalıb, minlərlə evlər, hotellər, ticarət mərkəzləri dağılıb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










