İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti -FOTO

Son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan xəbərlərdən yola çıxaraq mövzu ilə bağlı araşdırma nəticələrini oxucularımıza təqdim edirik.
Araşdırmamızı yazıda xüsusi ilə qeyd edilən Paşa İnşaatın sifarişi ilə podratçı şirkətlərin inşa etməkdə olduğu qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan Qobu Park və Pirallahı yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başladıq. Araşdırma zamanı müəyyən edildi ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018 ci illər üzrə Rusiya Federasiyasına məxsus Novokuznetsk şəhərindəki “Evraz” və Çelyabinsk şəhərindəki “Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilmişdir. Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər Baku Steel Company MMC-dən 3690 ton armatur materialı alışı etmişdir. Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHNin müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılmış və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilib.
Bu tip yoxlamanın sonuncusu 12.12.2018ci tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış, nəticələri isə 18.12.2018ci il tarixdən podratçı şirkətə təqdim edilmişdir. (Laboratoriya yoxlama nəticələri araşdırmamıza əlavə edilir). S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın təqdim etdiyi nəticələrə tərəfimizdən baxış keçirildi, məlum oldu ki qeyd edilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməyib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO












