İnsanları görünməz parazitlər dişləyir - "Nano-gənə" təhlükəsi - ŞOK FOTOLAR

Rusiyada bu yay gənələrin fəaliyyəti ilə bağlı vəziyyət daha da gərginləşib və insanlar ölçüsü cəmi 1-2 millimetr olan, demək olar ki, görünməz "nano-gənələrin" hücumlarına məruz qalırlar.
Avtosfer.az “Nocomment.az”a istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bu parazitlər əslində yetkin gənə ilə sürfə mərhələsi arasında olan "nimfa"lardır və bioloq İlya Qomıranov vurğulayır ki, bu mikroskopik canlılar ölçülərinin kiçik olmasına baxmayaraq, böyük gənələrdən daha təhlükəli ola bilərlər.
Bu "nano-gənələrin" əsas təhlükəsi onların bədən üzərində aşkar edilməsinin son dərəcə çətin olmasıdır. İnsanlar bu parazitləri vaxtında görə bilmədikləri üçün onlar dəri üzərində daha uzun müddət qalır və infeksiyanın keçmə riski ciddi şəkildə artır. Bu parazitlər yetkin gənələrin daşıdığı bütün xəstəlikləri, o cümlədən gənə ensefaliti, Laym xəstəliyi və anaplazmozu insana asanlıqla ötürə bilirlər. Son statistikalar isə göstərir ki, Rusiyanın bir çox regionlarında Laym xəstəliyi daşıyan gənələrin sayı ötən illə müqayisədə xeyli artıb.
Mütəxəssislər meşəlik və park zonalarında gəzintidən sonra bədənin və geyimlərin çox diqqətlə yoxlanılmasını tövsiyə edirlər. Qorunmaq üçün gəzintilərdə açıq rəngli geyimlərə üstünlük vermək, xüsusi repelentlərdən istifadə etmək və hər gəzintidən sonra özünüzü və yaxınlarınızı "nano-gənələrə" qarşı diqqətlə nəzərdən keçirmək olduqca vacibdir.

ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












