İnsanları təşvişdə saxlayan şəxslərlə bağlı XÜSUSİ ƏMƏLİYYAT

Son günlər Cəlilabad rayonunun kəndlərində baş verən və insanları təşviş içində saxlayan müəmmalı hadisələrlə bağlı xüsusi əməliyyat həyata keçirilir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, publika.az-ın əldə etdiyi mlumata görə, rayonun Alar və Günəşli kəndində ardıcıl olaraq evlərin naməlum şəxs və ya şəxslər tərəfindən talanması, bəzi hallarda insanların əmlaklarının gecə saatlrında dağıdılması ilə bağlı daxil olan çoxsaylı müraciətlər əsasında polis və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılıb. Hazırda insanları qorxu içində saxlayan şəxslərin yaxalanması istiqamətində iş aparılır. Qeyd edək ki, yerli sakinlər evlərə girən şəxs və ya şəxslərin bütün əşyaları darmadağın etdiyini, istədiklərini isə oğurladıqlarını bildirirlər. Artıq Cəlilabadın kəndlərində 10-a yaxın oxşar hadisə təkrarlanıb. Bəzi hallarda isə naməlum şəxslərin həyətlərə daxil olaraq xırda alət və təsərrüfat avadanlıqlarına ziyan vurduğu bildirilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












