İnşasına başlanılan körpü yarımçıq qaldı - VİDEO

Gədəbəyin Çalburun kəndinin sakinləri 4 il əvvəl kənddən keçən çayın üzərindən salınan körpüdə işlərin dayandırılmasından narahatdırlar. Artıq bir ildir ki, tikintinin aparılmaması kəndlilərin həyat tərzinə ciddi təsir edir. Kənd camaatının alternativ variant kimi inşa etdikləri körpü isə hər dəfə güclü sel gələndə dağılır.
Avtosfer.az xəbər verir ki, illər əvvəl inşasına başlanılan körpü yarımçıq qalıb.
Bura Gədəbəyin Çalburun kəndidir. 4 il əvvəl inşasına başlanılan körpüdə işlər 1 ildir ki, aparılmır. Nəticədə sakinlər kəndi iki hissəyə bölən Qaraçay çayını keçməkdə çətinlik çəkirlər. Xüsusilə, yağışlı günlərdə və güclü sel gələndə vəziyyət daha da acınacaqlı olur. Alternativ variant kimi kəndlilərin özlərinin inşa etdikləri körpü də belə məqamlarda uçub dağılır.
Sakinlər deyir ki, vəziyyət elə həddə çatıb ki, xəstələri rayon mərkəzinə aparmaqda çətinliklər çəkirlər. Təcili yardım maşının çağırılan ünvana çatdırılması mümkünsüz olur. Həmçinin, məktəblilərin də çayı keçərək dərsə getmələri ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciətlər etsələr də, sorğuları cavabsız qalıb.Qeyd edək ki, kənddə 2 mindən artıq əhalı yaşayır. Salınacaq körpüdən isə təkcə Çalburun deyil, daha üç kəndin sakinləri istifadə edəcəklər.
Azərbaycan avtomobil yolları dövlət agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, körpünün tikintisi üçün ilkin olaraq maliyyə vəsait ayrılıb və müəyyən işlər görülüb. İşlərin tam başa çatdırılması üçün agentlik tərəfindən yeni vəsaitin ayrılması məqsədilə aidiyyatı üzrə müraciət olunub. Yaxın vaxtlarda məsələ öz müsbət həllini tapacaq.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










