"İnterpol" xətti ilə beynəlxalq axtarışda olmuş şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Pirişovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesində hökm oxunub. O, məhkəmənin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib İttiham aktına əsasən, E.Pirişov tanışı Emin Quliyevin 63 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən zaman E.Pirişov ölkədən qaçıb. Daha sonra onun barəsində "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib və Türkiyədə həbs edilərək Azərbaycana gətirilib. E.Pirişov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. E.Pirişov istintaqa verdiyi ifadəsində deyib ki, maşın alveri ilə məşğul olub və dostlarına xaricdən maşın gətirməyi təklif edib. E.Pirişov 10 illik dostu E.Quliyevə cüt rəqəmlə bitən nömrə də alacağı vədini verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












