İnterpolun sabiq prezidentinin xanımı: "Həyat yoldaşım bəlkə də ölüb"

İnterpolun ötən ay Çində yoxa çıxan prezidenti Men Hunveyin həyat yoldaşı Qreys Men ərinin artıq dünyasını dəyişmiş ola biləcəyi qənaətindədir. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, BBC-yə açıqlama verən Q.Men məsələnin siyasi təzyiqlərdən ibarət olduğunu bildirərək, telefonla təhdid edildiyini, amma bunun səbəbinin onun üçün qaranlıq qaldığını söyləyib. Qeyd edək ki, bu il sentyabrın 29-da İnterpol rəhbəri Çinə yola düşdükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Men Hunveyin yoxa çıxmasını İnterpolun qərargahının yerləşdiyi Lionda yaşayan həyat yoldaşı polisə xəbər verəndən sonra məsələ ilə bağlı araşdırmaya başlanılıb. Təqribən iki həftə əvvəl isə Çin hökuməti ilk dəfə İnterpol prezidentinin qanunu pozmaqda şübhəli bilindiyini, Dövlət Nəzarət Komitəsi tərəfindən barəsində təhqiqat aparıldığını rəsmi şəkildə bildirib. Bundan bir neçə saat sonra da İnterpol baş katibliyinə Men Hunveyin prezident səlahiyyətlərinə xitam verilməsi barədə müraciət gəldiyi və yerinə yetirildiyi açıqlanmışdı. Çin İctimai Təhlükəsizlik Nazirliyi Mey Hunveyin rüşvətxorluqda şübhəli bilindiyini açıqlamışdı.
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI










