İntihara cəhd edən kişi: Baş nazirə inandım və geri çəkildim

Baş nazir mənə dedi ki, intihardan geri çəkil, problemlərin həll olunacaq. Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında bir neçə gün öncə intihara cəhdinin qarşısı baş nazir Novruz Məmmədov tərəfindən alınan Yaşar Əhmədov bildirib. Onun sözlərinə görə, bir il yarımdır ki, həyat yoldaşı iki azyaşlı uşağını götürüb və evi tərk edib: “Həyat yoldaşım gizlicə telefon işlədirdi. Bundan xəbər tutdum və mübahisə etdik. Daha sonra o, uşaqlarımı da götürüb evdən getdi. Eşitdim ki, uşaqlarımı Bakıda Azərbaycan Uşaqlar Birliyinin təkibində olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində atıb. Sığınacağa gəldim və uşaqlarımı tələb etdim. Mənə bildirdilər ki, uşaqları anası mərkəzdən aparıb və buna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi icazə verib”.
Yaşar Əhmədov bildirib ki, komitə nümayəndələri onun müraciətinə əhəmiyyət verməyib: “Məni eşitmək istəmədilər. Onlara bildirdim ki, uşaqlarım barədə məlumat olmasa, intihar edəcəyəm. Hadisədən 10 gün əvvəl Daxili İşlər Nazirliyinə də məlumat verdim ki, körpüyə çıxıb intihar edəcəyəm. Heç kim mənə əhəmiyyət vermirdi. İntihara cəhddən iki gün əvvəl komitədə Cəmilə adlı qadına dedim ki, intihar edəcəyəm. Mənə “get, işinlə məşğul ol” dedi və telefonu söndürdü. Həmin gün səhər saat 05:30-da “Koroğlu” metrostansiyası yaxınlığındakı körpüyə çıxdım. Polislər gəldilər, amma fikrimdən daşınmadım”.
Yaşar Əhmədov deyir ki, o, baş nazirlə danışandan sonra intihar fikrindən daşınıb: “Artıq intiharın bir addımlığında idim. Mənə dedilər ki, sənə telefon qaldırırıq. Baş nazir səninlə danışmaq istəyir. Novruz müəllim məndən intihara cəhd etməyimin səbəbini soruşdu. Başıma gələn hadisəni danışdım. Mənə dedi ki, problemlərim həll olunacaq. Uşaqlarımın yerinin tapılması üçün araşdırma aparılacaq. Baş nazirə inandım və intihardan geri çəkildim. Sonra məni Nazirlər Kabinetinə gətirdilər. Xeyli danışdıq. Novruz Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verdi ki, problemim araşdırılsın, övladlarımın harada olduğu öyrənilsin. Hazırda komitədə araşdırma davam edir. Həyat yoldaşım və uşaqlarımın harada olması barədə axtarış aparılır”. Qeyd edək ki, bir neçə gün öncə Yaşar Əhmədov Bakıda intihara cəhd edib. Onun bu addımının qarşısını baş nazir Novruz Məmmədov alıb.
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










