İntim fotolarla şantaj edilən qadın: “Onun corabına qədər mən almışam”

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə E.İsmayılov özünü təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş şəxsi şəkilləri ilə heç vaxt şantaj etməyib, yalnız onunla aralarında pul söhbəti olub: “Onun mənə müəyyən qədər borcu olub. Mən yalnız onu tələb etmişəm, hədə-qorxu gəlməmişəm. Sosial şəbəkədəki yazışmalarımızı da araşdıra bilərsiniz”. Zərərçəkmiş qadın isə E. İsmayılova dəfələlə pul verdiyini vurğulayıb: “Bu adamın ayaqqabısından corabına qədər mən almışam. İki ay kirayə pulunu vermişəm, problemi çıxanda həll etmişəm. Hər həftə yeməyinə 100 manat pul ödəmişəm”. E.İsmayılov isə qadının dediklərini təkzib edib. Buna görə həmin şəxslər arasında məhkəmədə mübahisə düşüb. İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər. Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib. Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












